reklam
FIFA-ya maddi yardım üçün müraciət etdilər -
Sportfm.az xəbər saytı

FIFA-ya maddi yardım üçün müraciət etdilər -441 futbolçu


441 futbolçu maddi kömək məqsədi ilə FIFA-ya müraciət edib. 

Sportfm.az xəbər verir ki, bunlar maaşları ödənməyən oyunçulardır. Klublar koronavirus pandemiyası səbəbindən iflas etdikləri və maliyyə problemi ilə üzləşdikləri üçün ödəniş edə bilmirlər. 

Müraciət edən oyunçuların 81 faizi Avropa klublarını təmsil edir. FIFA Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) vasitəsi ilə müraciətləri qəbul etməyə davam edəcək. 

Qeyd edək ki, daha əvvəl FIFA və FIFPro müflis olan və ya maliyyə problemi ilə üzləşən oyunçulara yardım üçün fond yaradıb. 

Oxşar xəbərlər

FIFA azərbaycanlı futbolçulara ödəniş edəcək - 5 milyon
Müflis olan futbolçularla bağlı qərar
UEFA prezidenti FIFA qınadı
FIFA yeni fond yaradacaq - Maaşsız futbolçu qalmayacaq
FİFA və Peşəkar Futbolçular Birliyi anlaşma imzaladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər