Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
FIFA yeni fond yaradacaq -Maaşsız futbolçu qalmayacaq
FIFA və Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) keçmişdə və hazırda öz klublarından maaş ala bilməyən futbolçular üçün fond yaradacaq.
Sportfm.az xəbər verir ki, FIFA fond üçün 16 milyon dollar vəsait ayırıb. Bu məbləğ 2022-ci ilə qədər fondun büdcəsinə köçürüləcək.
Bundan başqa, qurum oyunçulara 2015-ci ilin iyul ayından 2020-ci ilin iyun ayına qədər məvaciblərini qorumaq məqsədi ilə fonda əlavə 5 milyon avro ayıracaq.
Qiymətləndirmə və fonddan qrant ayrılmasına nəzarət üçün FİFA və FİFPro nümayəndələrindən ibarət xüsusi komitə yaradılacaq.
Oxşar xəbərlər
FIFA azərbaycanlı futbolçulara ödəniş edəcək - 5 milyon
AFFA-ya maliyyə yardımının detallarını açıqladı
FIFA-ya maddi yardım üçün müraciət etdilər - 441 futbolçu
Müflis olan futbolçularla bağlı qərar
FIFA klublara dəstək verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası