Cəbrayıl Həsənov beynəlxalq turnirin gümüş medalını qazandı
Dağıstanın paytaxtı Mahaçqalada Pekin Olimpiadasının gümüş medalçısı Murad Qaydarovun şərəfinə sərbəst güləş üzrə 7-ci beynəlxalq turnir keçirilib.
Sportfm.az xəbər verir ki, turniri digər yarışlardan fərqləndirən əsas cəhət idmançıların yalnız bir çəki dərəcəsində mübarizə aparmaları olub. Vaxtilə Murad Qaydarovun yüksək nəticələr qazandığı 74 kiloqram çəki dərəcəsində baş tutan turnirdə yığmamızın kapitanı Cəbrayıl Həsənov iştirak edib.
Finaladək üç görüş keçirən Cəbrayıl Həsənov ilk qarşılaşmasında alnından zədələnsə də, mübarizəni sonadək davam etdirib. Yarımfinalda Maqomed Xizriyevlə gərgin keçən görüş 12:12 hesablı bərabərliklə yekunlaşıb. Tətbiq etdiyi 4 xallıq fəndlə rəqibindən üstün olan Cəbrayıl Həsənov görüşü qalib başa vurub və finala yüksəlib.
Həlledici görüşdə Taciddin Akayevlə qarşılaşan güləşçimiz görüşün əvvəlində yenidən zədələnib. Bu dəfə ayağından zədə alan Cəbrayıl görüşü davam etdirə bilməyib və turniri ikinci sırada tamamlayıb.
Oxşar xəbərlər
Cəbrayıl Həsənov dünya çempionatının finalında
"Çempionluq üçün nə isə çatmadı" - Cəbrayıl Həsənov
Cəbrayıl Həsənov finalda uduzdu
Cəbrayıl Həsənov finalda, Hacı Əliyevdən uğursuz start - dünya çempionatı
Rio-2016: Hacı Əliyev və Cəbrayıl Həsənov bürünc medal qazandılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası