Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cəbrayıl Həsənov dünya çempionatının finalında
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/2 final görüşünə çıxıb.
Sportfm.az xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun rəqibi Slovakiya təmsilçisi Taymuraz Salkazanov olub.
Görüş Həsənovun qələbəsi ilə yekunlaşıb - 4:3. Cəbrayıl ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlib.
29 yaşlı idmançının finaldakı rəqibi Amerika təmsilçisi Kayl Deyk olacaq. Son dünya çempionatının finalında Həsənov Deyklə qarşılaşmış və məğlub olmuşdu. Görüş sabah keçiriləcək.
Oxşar xəbərlər
"Həbib güləş döşəyində yarışmaq istəyirsə, mən hazıram" - Kayl Deyk
Cəbrayıl Həsənov final görüşündə uduzdu - FOTO
Bu gün iki güləşçimiz qızıl medal uğrunda yarışacaq
Cəbrayıl Həsənov finalda, Hacı Əliyevdən uğursuz start - dünya çempionatı
Cəbrayıl Həsənov beynəlxalq turnirin gümüş medalını qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası