Cəbrayıl Həsənov finalda uduzdu
Azərbaycanın sərbəst güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bir medalla kifayətlənib.
Sportfm.az xəbər verir ki, bu növ üzrə 10 pəhləvandan yalnız Cəbrayıl Həsənov mükafatçılar sırasına düşməyi bacarıb. 28 yaşlı idmançı bu gün keçirilən final görüşündə ABŞ təmsilçisi Kayl Duqlas Deykə uduzaraq, gümüş medal əldə edib.
Qalan sərbəst güləşçilərə gəldikdə, Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (70 kq), Murad Süleymanov (86 kq) və Camaləddin Məhəmmədov (125 kq) təsnifat mərhələsində, Pərviz İbrahimov (61 kq) və Şərif Şərifov (92 kq) 1/8 finalda, Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (74 kq) və Aslanbek Alborov (97 kq) 1/4 finalda uduzaraq, mübarizəni dayandırıb.
Oxşar xəbərlər
4 güləşçimiz yarımfinalda - Təsnifat turniri
Güləşçilərimiz Dağıstanda hazırlaşacaq - FOTO
Cəbrayıl Həsənov finalda, Hacı Əliyevdən uğursuz start - dünya çempionatı
Dünya çempionatı üçün Azərbaycan yığmalarının heyəti açıqlandı
Güləşçilərimiz Avropa çempionatında erməni rəqiblərini məğlub etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
"Turan" 3 xal qazandı - Premyer Liqa
-
Əvəzedicilər Liqasında bu gün 2 oyun keçirildi
-
Daha bir boksçumuz Avropa çempionudur
-
“Yuventus” Yıldızın satışından 150 milyon qazanacaq
-
AFFA yeni sayt istifadəyə verdi - Uşaq futbolu ilə bağlı















Misli Premyer Liqası