Taekvondoçumuz Avropa çempionu oldu
Kiprin Larnaka şəhərində taekvondo üzrə gənclər arasında Avropa birinciliyinə start verilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ilk günü yığmamız üçün uğurlu alınıb.
Belə ki, 45 kq çəki dərəcəsində mübarizəyə qatılan Bəhruz Quluzadə rəqiblərinə şans verməyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finaladək Belçika (28:17), Böyük Britaniya (14:9), Rusiya (11:3) və Gürcüstan (10:10, qızıl xal) təmsilçilərini yarışdan kənarlaşdırıb. Həlledici döyüşdə rusiyalı Dmitri Şişkoya da qalib gələn həmyerlimiz yarışın qızıl medalını qazanıb.
Bununla da, Quluzadə Avropa birinciliyində ikinci dəfə çempionluq sevinci yaşayıb. O, 2015-ci ildə yeniyetmələr arasında Fransada təşkil edilən yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Qeyd edək ki, sayca 21-ci olan Avropa birinciliyi noyabrın 5-də başa çatacaq. Yarışda yığmamız 18 (10 oğlan və 8 qız) taekvondoçu ilə təmsil olunur.
Oxşar xəbərlər
Gənc idmançılarımızdan böyük uğur - Avropa birinciliyində iki qızıl
Taekvondoçumuz beynəlxalq turnirdə qızıl medal qazandı
Millimiz Avropa çempionatına medalla başladı
Taekvondoçularımız Kiprdə keçiriləcək Avropa birinciliyində mübarizə aparacaqlar
İki cüdoçumuz Avropa çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası