Azərbaycan idmançıları yarışlardan 1 illik kənarlaşdırıldı
Azərbaycan Ağır Atletika Federasiyasının bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsi ilə bağlı qərar qüvvəyə minib.
Sportfm.az saytı report.az-a istinadən bildirir ki, qurum bununla bağlı cəzaya məruz qalan 9 ölkənin milli federasiyalarını məlumatlandırıb.
IWF-in prezidenti Tamaş Ayan məsələ ilə əlaqədar bildirib ki, problemin həlli üçün cəzaya məruz qalan ölkələrdə idman sahəsində dəyişiklik olmalıdır: "Bu ölkələrin əksəriyyətində yerli federasiya rəhbərliyində dəyişikliklər baş verib. Artıq vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görülür. Əlbəttə, biz bunu alqışlayırıq. Bu dəyişikliklər təmiz idmanın tələblərinə uyğun olacaq. Həmin ölkələrdə dopinqlə mübarizə gücləndiriləcək. IWF onların bu istiqamətdə düzgün iş aparmalarına əmin olmaq üçün lazım olan hər şeyi edəcək ki, yenidən sıralarımızda öz yerlərini tutsunlar".
Məlumata görə, IWF müstəqil nəzarət qrupu yaraışlardan kənarlaşdırılan federasiyaların bütün dövr ərzində vəziyyətini qiymətləndirəcək. Bu qrup federasiyaların IWF-in təşkil etdiyi yarışlarda qismən iştirakı haqqında qərar qəbul edə bilər.
Azərbaycan Ağır Atletika Federasiyasından "Report"a bildiriblər ki, IWF qərarının qüvvəyə minməsi ilə bağlı qurumu şifahi şəkildə məlumatlandırıb. Lakin federasiyaya hələlik rəsmi məktub daxil olmayıb. Məktubda cəzanın detalları öz əksini tapacaq.
Cəzaya görə Azərbaycan idmançıları 2017-ci ilin noyabrın 27-dən dekabrın 5-dək keçiriləcək dünya, 2018-ci ilin martın 23-dən aprelin 1-dək təşkil olunacaq Avropa çempionatından kənarda qalacaqlar.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |