Azərbaycan idmançıları olimpiadadan kənarda qala bilər
Azərbaycan 2018-ci il Qış Olimpiya Oyunlarından kənarda qala bilər.
Sportfm.az xəbər verir ki, bu barədə "Report"a Gənclər və İdman naziri Azad Rəhimov məlumat verib.
Onun sözlərinə görə, indiyədək heç bir idmançı olimpiadaya lisenziya qazanmayıb: "Çox istədik, çox çalışdıq ki, heç olmasa, bir-iki idmançımız qatılsın. Hələlik bir nəfər də lisenziya qazanan idmançımız yoxdur. Qış idman növlərində həqiqətən də böyük problemlər yaşayırıq".
Nazirin fikrincə, iki Dağ-Xizək Kompleksi olan ölkədə heç olmasa, bir dağ xizəkçisi yetişdirilməlidir: "Bunun üzərində düşünür və çalışırıq ki, nə isə edək".
Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn ilin 9 - 25 fevralında Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.
Xatırladaq ki, hazırda Azərbaycanda bir neçə Dağ-Xizək Qış-Yay İstirahət Mərkəzi fəaliyyət göstərir.
Oxşar xəbərlər
Ölkəmizdəki idman qurğularının sayı açıqlandı - 11 600-ü keçdi
Azərbaycanın Tokio olimpiadası üçün hədəflədiyi lisenziyaların sayı məlum oldu - VİDEO
“Patrik Braxner buzlu sahədə yıxılsa da, xəsarət almayıb" - Açıqlama
"Ağ Olimpiada" başlanır - FOTO
“Pxençan-2018” Qış Olimpiya Oyunlarına biletlərin 60 faizi satılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası