Avropa birinciliyinə yollanacaq boksçularımız məlum oldu
Oktyabrın 21-də Türkiyənin Antalya şəhərində gənc boksçular arasında Avropa birinciliyi start götürəcək.
Sportfm.az xəbər verir ki, 8 gün davam edəcək yarışa millimiz də qatılacaq.
Komandamız birincilikdə tam heyətlə təmsil olunacaq. Vaqif Şirinovun rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında 10 boksçuya şans verəcək.
Yığmamızın heyətində Həsən İbrahimov (49 kq), Amid Əlizadə (52 kq), Orxan Həsənov (56 kq), Sayad Lalayev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Surət Qarayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) mübarizə aparacaqlar.
Bakıdakı təlim-məşq toplanışını oktyabrın 19-da başa vuracaq yığmamız ertəsi gün Antalyaya yollanacaq. Avropa birinciliyinə isə 33 ölkədən 200-ə yaxın boksçunun qatılması gözlənilir.
Qeyd edək ki, yarışda ölkəmizi 10 boksçu ilə yanaşı, beynəlxalq dərəcəli hakim Rövşən Hüseynov da təmsil edəcək
Oxşar xəbərlər
Boksçularımız dünya çempionatında tam heyətlə çıxış edəcəklər
Boksçularımız Vilnüsdə beynəlxalq turnirdə iştirak edəcəklər
Boks yığmamızın beynəlxalq turnir üçün heyəti açıqlandı
“Strandja” turnirində 7 idmançımız sınaqdan keçəcək
Boks yığmamız Nalçikdə ikinci oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası