Boks yığmamız Nalçikdə ikinci oldu
Boks üzrə gənclərdən ibarət Azərbaycan millisi Rusiyanın Nalçik şəhərində keçirilən beynəlxalq turnirdə çıxışını başa vurub.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, Vaqif Şirinovun rəhbərlik etdiyi komanda Avropa birinciliyinə hazırlıq çərçivəsində 3 yoldaşlıq görüşü keçirib.
Yığmamız ilk qarşılaşmasında Rusiyanın ikinci komandası ilə üz-üzə gəlib. Görüş boksçularımızın 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. Ardınca Qazaxıstan millisi ilə gücünü yoxlayan təmsilçimiz bu dueldən də qalib ayrılıb - 8:2.
Vaqif Şirinov, Əli İsmayılov və Etibar Abdullayevin rəhbərlik etdiyi yığma son qarşılaşmasında Rusiya-1-lə qüvvəsini sınayıb. Döyüş rəqibin 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, komandamız turniri ikinci yerdə bitirib. Yığmamızın heyətində Orxan Həsənov (56 kq), Niyaməddin Allahverdiyev (60 kq) və Məhəmməd Abdullayev (+91 kq) keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar.
Qeyd edək ki, boksçularımızın Avropa birinciliyinə hazırlığının son mərhələsi oktyabrın 1-18-də Bakıda olacaq.
Qitə çempionatı Türkiyənin Antalya şəhərində baş tutacaq. Yarış oktyabrın 20-dən 29-dək davam edəcək.
Oxşar xəbərlər
Boks komandamız yoldaşlıq görüşündə ikinci oldu - FOTO
Boksçumuz erməniyə qalib gəlib, Avropa çempionu oldu
Gənc boksçularımız Avropa çempionatının yarımfinalına yüksəlib
Avropa birinciliyinə yollanacaq boksçularımız məlum oldu
Boksçumuz beynəlxalq turnirdə bürünc qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino














Misli Premyer Liqası