reklam
2020-ci il Avropa çempionatının açılış matçı Bakıda keçirilə bilər
Sportfm.az xəbər saytı

2020-ci il Avropa çempionatının açılış matçı Bakıda keçirilə bilər


2020-ci il Avropa çempionatının açılış oyununu keçirmək üçün Bakı şəhərinin də namizədliyi irəli sürülüb.

Sportfm.az saytı xəbər verir ki, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən Report-a deyilib ki, UEFA-nın göndərdiyi müvafiq sorğu müsbət cavablandırılıb.

Bununla yanaşı, açılış oyununun Bakı Olimpiya Stadionunda keçirilmə şanslarının az olduğu vurğulanıb. Səbəb kimi 2019-cu ildə Avropa Liqasının final matçının bu arenada təşkil olunacağı göstərilib.

AVRO-2020-nin keçiriləcəyi 13 stadiondan "Uembli" (London) açılış oyununa ev sahibliyi edə bilməz. Çünki bu arenada yarımfinal və final oyunları keçiriləcək. Bakı Olimpiya Stadionu isə qrup mərhələsinin 3 oyunundan əlavə, "Alyans Arena" (Münhen), "Sankt-Peterburq" və "Olimpiko" (Roma) stadionları ilə birgə 1/4 final görüşlərinə ev sahibliyi edəcək. Bu şəhərlərdən Sankt-Peterburq artıq namizədliyini irəli sürüb. Qalan 5 namizədin də böyük stadionlara malik şəhərlərdən biri olacağı gözlənilir. 68700 nəfərlik Bakı Olimpiya Stadionu oyunlara ev sahibliyi edəcək digər 8 arenanı tamaşaçı tutumunda üstələyir.

Oxşar xəbərlər

Rusiya saytı BOS-un şəkillərini paylaşdı - FOTO
Ev sahibliyi Dublindən alındı - AVRO-2020
Avropa çempionatının formatı dəyişmədi - AVRO-2020 AVRO-2020
Bakı Olimpiya Stadionu UEFA-nın sərəncamında olacaq
Bakıda A qrupunun oyunları keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər