reklam
Azərbaycan–San Marino futbol oyununun keçiriləcəyi stadion dəyişdirilib
Sportfm.az xəbər saytı

Azərbaycan–San Marino futbol oyununun keçiriləcəyi stadion dəyişdirilib


2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Bakıda keçiriləcək Azərbaycan–San Marino oyununun stadionu dəyişdirilib.

Sportfm.az xəbər verir ki, qarşılaşmanın əvvəlcə Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. “Bakcell Arena”da UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin oyunlarının keçirilməyəcəyini, IV İslam Həmrəyliyi Oyunlarından sonra Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alaraq, AFFA Azərbaycan–San Marino qarşılaşmasının “Bakcell Arena”da təşkil olunması ilə əlaqədar UEFA-ya müraciət edib və müraciət müsbət cavablandırılıb.

Azərbaycan-San Marino matçı üçün Bakı Olimpiya Stadionuna bilet almış şəxslər 28 Mall alış-veriş mərkəzindəki bilet satışı məntəqəsində biletlərini dəyişə bilərlər.

Oxşar xəbərlər

"Neftçi" - "Qalatasaray" oyununun stadionu dəyişdirildi
Ev oyunu səfərdə keçiriləcək
Azərbaycan - San Marino: Açıq məşq və mətbuat konfransı
Azərbaycan – San Marino: Bilet satışı davam edir - FOTO
Azərbaycan - San-Marino: Açıq məşq və mətbuat konfranslarının vaxtları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər