reklam
Robert Prosineçki Türkiyədə çalışa bilər!
Sportfm.az xəbər saytı

Robert Prosineçki Türkiyədə çalışa bilər!


Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Türkiyənin "Trabzonspor" komandasının sükanı arxasına keçə bilər.

Sportfm.az xəbər verir ki, 48 yaşlı mütəxəssis bu postda Ersun Yanalı əvəzləyə biləcək şəxslər arasında göstərilir.

Trabzon təmsilçisinin hazırda 9 xalla turnir cədvəlinin 11-ci pillədə qərarlaşması və VIII turda evdə "Akhisar"a 1:6 hesabı ilə uduzması Yanalın istefasını gündəmə gətirib. Onu əvəzləməyə namizədlər sırasında belçikalı Mişel Pryudomm, Rıza Çalımbay, Mustafa Reşit Akçay, Türkiyə yığmasından ayrılan Fatih Terimlə yanaşı, xorvatiyalı baş məşqçinin də adı hallanır.

Qeyd edək ki, Robert Prosineçkinin Azərbaycan millisi ilə üçillik müqaviləsinin müddəti dekabrda başa çatır. O, 2012/2013 mövsümündə Türkiyənin "Kayserispor" komandasının baş məşqçisi olub.(report.az)

Oxşar xəbərlər

Prosineçki "Trabzonspor"u çalışdıracaq
Azərbaycan yığmasını türkiyəli məşqçi çalışdıra bilər
Prosineçki Bakıya gələsi olmadı - Xorvat Türkiyədə çalışacaq
Robert Prosineçki yenidən Super Liqada peyda ola bilər
Robert Prosineçki millimizi tərk etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər