İdman adına rəzalət: Saxta dünya çempionları peyda olub
Tanınmış idmançı, Kikboksinq Federasiyasının vitse-prezidenti, kikboks idman növü üzrə dəfələrlə beynəlxalq yarışların qalibi olmuş Güloğlan Cabbarov özünü idmançı kimi təqdim edən bəzi saxta çempionlara ciddi iradını bildirib.
Sportfm.az xəbər verir ki, o, qeyd edib ki, məşqcilərimizi və kikboksçuları gözdən salan bu cür saxta Dünya çempionlarına dur demək lazımdır: “Ayıb olsun haqsızlara, bütün günü zallarda, yığmanın yarışlarında canını qoyan idmançıların haqqına girən insanlara”. Güloğlan Cabbarov deyib ki, bəziləri isə hətta uniformada olduğu halda Wako Dünya çempionuyam deyir: “Bundan sonra hansı idmançı yalandan Kiqboksun adından Dünya çempionuyam söyləsə, rəsmi şəkildə ifşa edəcəm. Bildiyiniz kimi, Wako üzrə Kikboksinq Dünya Çempionatı Macarıstanın Budapeşt şəhərində keçiriləcək və orada keçirilən yarışlarda əsl çempionlarımızı görə biləcəyik”.
Nuranə Abdullayeva
Oxşar xəbərlər
Dünya çempionatında Azərbaycanı 12 idmançı təmsil edəcək
"Onlar saxtakarlığı bacarırlar" - Adil Əliyev
Faciəvi şəkildə ölən "Şahdağ"lı çempion - FOTO
Azərbaycanlı idmançı Almaniyada döyüşə çıxacaq
Həbsdə olan yeganə azərbaycanlı dünya çempionunun qardaşı:"Bu idmançıların..."
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası