reklam
Sportfm.az xəbər saytı

"Onlar saxtakarlığı bacarırlar" -Adil Əliyev


"Azərbaycanda dünya çempionatının keçirilməsi üçün hər zaman fürsət var".

Sportfm.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Ümumdünya Həvəskar Kikboksinq Təşkilatının (WAKO) prezidenti Roy Beyker deyib.

Qurumun rəhbəri bildirib ki, hazırda müvafiq ərizələrin verilməsi mərhələsidir: "Bununla bağlı qərarlar noyabr ayında veriləcək. Mən buraya gələndə gördüm ki, idman obyektləri yüksək səviyyədədir. Azərbaycan bu cür yarışları təşkil edə bilər".

Beyker digər beynəlxalq təşkilatların dünya çempionatı təşkil etməsinə də münasibət bildirib: "Bir çox idman növlərində dırnaqarası federasiyalar mövcuddur. Boks, güləş və digər idman növlərində bunlar var. Kikboksinq sahəsində yeganə qurum WAKO-dur ki, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınır. Digər qurumlar öz ciblərini güdürlər. Bizim təşkilat demokratiya üzərində qurulub".

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev məsələ ilə bağlı bunları söyləyib: "Saxta qurumlara qarşı mübarizə aparırıq. Bizim federasiya ilə əməkdaşlıq edən heç bir idmançı saxta yarışlara qatılmır. Buna qarşıyıq. Dünyanın tanıdığı beynəlxalq yarışlara, WAKO-nun turnirlərinə qatılırıq. 99 faiz saxtakarlığın qarşısını almışıq. Məqsədimiz kütləviyi təmin etməkdir. Saxta insanların qarşısını almağı tək bacarmırıq. İdmançı yarışda iştirak edəndə mətbuat orqanı federasiyadan soruşmalıdır. Bizim başqa idman növləri kimi böyük sponsorumuz yoxdur. İdmançıları WAKO-nun il ərzində 22 yarışından 3-nə göndərə bilirik. Saxta federasiyalar ilə əlaqələr qurmuruq. Onların adlarını çəkmək istəmirəm. O saxtakarların klubları belə yoxdur. Azərbaycan Kikboksinq Federasiyasının isə 100-dən çox klubu var. Onlar saxtakarlığı bacarırlar, İncəsənət Universitetini bitiriblər. Federasiyamızın ünvanı var. Hər bir məsələdə əlaqə saxlamağınızı istəyirəm. İstəyirəm ki, əsl çempionlarımızı işıqlandırsınlar".

Beyker isə əlavə edib ki, məhz bu səbəbdən Azərbaycanda bu idman növü çox inkişaf edir.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov kikboksinqin ölkədə ən məşhur idman növlərindən biri olduğunu vurğulayıb: "Bu idman növündə beynəlxalq yarışlarda iştirak etmişik və edirik. Ölkəmizdə həm olimpiya, həm də qeyri-olimpiya növləri inkişaf edir. Bu idman növündə bizim dünya və Avropa çempionlarımız var. İdmançıların uğurları bizi sevindirir. WAKO prezidentinin ölkəmizə gəlişinin böyük önəmi var. Onun səfəri bu idman növünün daha da inkişafına təkan olacaq". (Report)

Oxşar xəbərlər

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançıları qızıl medalları qazandı - Turnir
Kikboksçular bu dəfə "Abşeron"a toplaşır - "Mübarizlər" turniri
Avropa Çempionatı Bakıda keçirilə bilər
Üzgüçülük federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalandı
İdman adına rəzalət: Saxta dünya çempionları peyda olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər