Həbsdə olan yeganə azərbaycanlı dünya çempionunun qardaşı:"Bu idmançıların..."
"Uşu-Sanda” üzrə yeganə azərbaycanlı dünya çempionu, yığmanın sabiq baş məşqçisi Canpolad Budaqovun qardaşı Elman Budaqov saxta dünya çempionalarına qarşı mübarizəyə başlayıb.
Sportfm.az xəbər verir ki, hətta, onun mübarizəsinə "Uşu-Sanda” Federasiyasının prezidenti Azər Həsənsoy və bəzi idmançılar da qatılıb.
Budaqov özlərini yalandan "Uşu-Sanda” üzrə dünya çempionu adlandıran idmançılara qarşı çıxıb. Bəzi saxta dünya çempionlarının görüntülərini yayaraq, onları doğru yola gəlməyə səsləyib.
Dünya çempionunun qardaşı bu məsələ ilə bağlı danışıb:
"Əslində, onlar saxta yox, həqiqətən də dünya yarışlarını udublar. Sadəcə olaraq qalib olduqları yarışlar "Kunfu” idman növü üzrə olub. Bunu "Uşu-Sanda” kimi qələmə veriblər.
Çünki, Azərbaycan müstəqillik qazandıqdan sonra, Şərq əlbəyaxa döyüş növlərindən ən çox populyar olan iki döyüş- "Uşu-Sanda” və "Kik-boks” idi. Onlar reytinq baxımdan daha yüksək olan döyüş növündə vuruşduqlarını nümayiş etdirmək istəyibər. Bununla da titullu idmançı olduqları ilə bağlı hər kəsi inandırmağa çalışırlar.
"Uşu-Sanda”nın adına paylaşımlar etmək, bu idman növünün adından istifadə edərək yarışları udduğunu söyləmək əsil idmançıya yaraşmaz. Məsələn, "Kik-boks”un 5 növü var. Onlar da öz növbəsində ən yüngül və ən ağır növlərə bölünür. Yüngül bir yarışda dünya çempionu olan idmançı, özünü ən ağır növdən çempion kimi qələmə verə bilməz. Çünki, federasiyanın başında Güloğlan Cabbarov, Adil Əliyev kimi insanlar var. "Uşu-Sanda”nın adına çıxarmaq isə, federasiya prezidenti Azər müəllimə hörmətsizlik, . "Uşu-Sanda”da tər tökən idmançıların haqqına girməkdən başqa bir şey deyil”.
Qeyd edək ki, . "Uşu-Sanda” üzrə Dünya və Avropa çempionu, Dünya Kubokunun sahibi, Azərbaycan yığmasının sabiq baş məşqçisi Canpolad Budaqov hazırda Rusiyada həbsdədir. C.Budaqov bu idman növü üzrə Azərbaycanın yeganə dünya çempionudur.
Aygün İlqarqızı, Unikal.org
Oxşar xəbərlər
Avropa çempionuna vəzifə verildi - FOTO
Uşu-sandaçılar Ağsuda toplanacaq
İdmançılarımız dünya çempionatında 13 medal qazandılar
Uşu-sandaçılarımız dünya çempionatında 3 qızıl və 1 gümüş medal qazanıblar
Uşu-sanda idman növü üzrə Bakı birinciliyi başa çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası