reklam
Boks komandamız yoldaşlıq görüşündə ikinci oldu -
Sportfm.az xəbər saytı

Boks komandamız yoldaşlıq görüşündə ikinci oldu -FOTO


Kişi boksçulardan ibarət Azərbaycan yığması Rusiyanın Nalçik şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib. Vaqif Şirinovun rəhbərlik etdiyi milli rəsmi yarışlara hazırlıq çərçivəsində 2 yoldaşlıq görüşündə gücünü yoxlayıb.

Sportfm.az xəbər verir ki, komandamız ilk qarşılaşmasında Qafqaz ölkələrinin yığması (“Rusiya-2”) ilə üz-üzə gəlib. Görüş boksçularımızın 6:5 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçilərimiz daha sonra “Rusiya-1” komandası ilə üz-üzə gəliblər. İlk görüşdə Polşadan üstün olan rəqib bu dəfə də qələbə qazanıb – 6:4.

Beləliklə, komandamız turniri ikinci pillədə bitirib. Yığmamızın heyətində Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov, Pedro Alfonso (hər ikisi 81 kq) keçirdikləri hər iki görüşdə qələbə qazanıblar. Digər qələbələrimiz Elvin Məmişzadə (52 kq), Ruslan Rüstəmov (60 kq) və Rövşən Yaqubzadənin (91 kq) aktivindədir. R.Rüstəmov və R.Yaqubzadə bir qarşılaşmada mübarizə aparıblar.

Yekun nəticəyə görə, “Rusiya-1” birinci, “Rusiya-2” üçüncü yeri tutublar.

Oxşar xəbərlər

Yığmamız Qızıl kəmər seriyasında ikinci oldu - UĞUR
Millimizin boksçuları finalda - Qızıl kəmər seriyası
Boksçularımız Tailanda yola düşdü
Millimizin böyük uğuru - FOTO
Boks yığmamız Nalçikdə ikinci oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər