Boksçumuz beynəlxalq turnirdə bürünc qazandı
Polşada qadın boksçular arasında beynəlxalq turnir keçirilib. XII dəfə təşkil olunan ənənəvi yarışa Azərbaycan millisi də qatılıb.
Sportfm.az xəbər verir ki, 19 ölkənin mübarizə apardığı turnirdə yığmamız 2 boksçu ilə təmsil olunub. Elbrus Rzayevin yetirmələrindən Anna Əlimərdanova çıxışını bürünc medalla başa vurub.
54 kq çəki dərəcəsində rinqə çıxan təmsilçimiz Çloe Tomas (Uels) və Dina Jolomana (Qazaxıstan) qalib gələrək, yarımfinala yüksəlib. O, bu mərhələdə Çin Taypeyindən olan Yu-Tinq Linlə üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə A.Əlimərdanova turniri 3-cü yerdə bitirib.
Digər boksçumuz Yana Alekseyevna (60 kq) isə 1/8 finalda büdrəyib. O, Mira Potkonenə (Finlandiya) məğlub olub.
Oxşar xəbərlər
Azərbaycan boksçuları beynəlxalq turniri 2 medalla başa vurdu
Azərbaycan boksçuları beynəlxalq turnirdə birinci oldu - 10 medal
İki boksçumuz finala yüksəldi
Boksçumuz erməni rəqibini məğlub etdi
Boks yığmamız Nalçikdə ikinci oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası