• 06:08 Bazar
    18 Aprel 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
Əsas dərdi meydança olan kiçik

Əsas dərdi meydança olan kiçik "aslanlar"ın hədəfi (LAYİHƏ)

Korner.az və Sportfm.az saytlarının "Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?" layihəsi çərçivəsində on səkkizinci yazısı.

Azərbaycan Premyer Liqasında çıxış edən klublarda gənclər futbolunun inkişafı ilə bağlı mövzumuzu davam etdiririk. Bu dəfə ki, “dayanacaq” elitanın debütantı “Səbail”dir. Görək özü bu sahədə “gənc” olan klubda, hansı işlər görülür? Vaxtilə millimizin şərəfini qorumuş Cahangir Həsənzadə paytaxt komandasının gənclər futbolunun inkişafı proqramını həyata keçirməsinə nəzarət edir:”20 il öncə futbola başlamışam. Olub keçib. Nə olubsa, olub. Karyeramı bitirdikdən sonra “Mançester Yunayted” Uşaq Futbol Məktəbi”ndə çalışmışam. Məşqçi karyerama da orada başladım. Öz barəmdə çox danışmaq istəmirəm. Çünki nə desək, azdı. Görüləcək işlər çoxdu. “Səbail”dən mənə müraiət olundu. Yeni yaranmış komandadı. Onlara futbolun içindən çıxmış mütəxəssis lazım idi. Mən də təklifi qəbul etdim. “Səbail”in bu sahədə uğur qazanması üçün əlimdən gələni əsirgəməyəcəm. Görüşdük, təklifləri danışdıq və qəbul etdim. Bu qeyri-adi bir şey deyil və sıradan bir şey kimi qəbul edirəm. “Səbail” klubu yeri yaranıb və təməlimiz indi qoyulub. Ötən il komanda I Divizionda oynayırdı və orada uşaq liqaları yox idi. Premyer Liqaya gəldikdən sonra bütöv yaş qruplarında çempionatlar keçirilir və bu oyunları tənzimləyən bir şəxs kluba lazım oldu. Komanda rəhbərliyinə də məşqçilərlə bilavasitə ünsiyyətdə olan çalışdırıcı lazım idi. Hansısa işin nəticəsini görmək istəyiriksə, onun əvvəlindın planlar qurulmalıdı. Möhkəm təməl olmalıdı və o təməllərdən də biri bu proqramdı. Bir günə heç bir nəticəyə nail olmaq olmaz. Uşaq futbolunun inkişafı üçün proqramdan istifadə etmək mütləqdi. Bizim layihənin ilkin müddəti dörd illikdi. Komanda yeri yaranıb, infrastruktur sıfırdan qurulub. Hələ görüləcək işlərimiz çoxdu. Uşaq futbolunda inanmıram ki, hər hansısa qeyri-adi işlər görülür. Normalda Avropa və dünya təcrübəsində görülən işlərdi. Yəqin edirəm ki, bu digər klublarda da belədi. Şübhəsiz ki, hər klubun proqramında spesifik bəndlər ola bilər. Əsas məqsəd isə yaş qruplarından asılı olaraq uşaqların bacarıqlarının artırılmasıdı. O məqsədə nail olmaq üçün məşqçi heyəti ilə məsələnin texniki tərəfini tənzimləmək lazımdı".

38 yaşlı sabiq qapıçı proqramın icrasından və onun gələcək faydasından da bəhs etdi: “Proqramın icrasına gəldikdə, indiki vəziyyətdə proqramda nəzərdə tutulan hər şeyi yerinə yetirmək çətindi. Komandanın tam infrastrukturu qurulmayıb. Meydançlaramızın biri təmirdədi. Hələki meydanları icarəyə götürürük. Bayıldaki meydanımız təmir olunduqdan sonra proqramımızın tam icrasına başlaya biləcəyik. Qısa müddətdə, hətta bu mövsümün sonunda bizim yaş qruplarından yığmaya bir neçə futbolçu dəvət olunmalıdı, hədəfimiz budur. O zaman bizim də göstəricimiz qeyd etdiyim məqam olacaq. Sözsüz ki, bizdə əsas məqsəd nəticə deyil. Mən çox eşitmişəm ki, hamı deyir uşaq futbolunda nəticə önəmli deyil. Ancaq görünən başqadı. Bəzi məşqçilər və rəhbərlik uşaqlardan bilavasitə nəticəyə uyğun oyun tələb edirlər. Rəhbərlik də məşqçilərdən ancaq nəticə tələb edir. Hesab edirəm ki, bu yanaşma düzgün deyil. Bizdən nəticə istənilmir. Bu bütün yaş qruplarına şamil olunur. Önəmli olan futbolçuların böyüməsi, inkişaf etməsidi. Məqsəd odu ki, yaxın gələcəkdə, 5-6 ilə öz yetirmələrimiz komandaya kömək etsin. Başqa klubdan icarəyə və yaxud birbaşa transferlə oyunçu almayaq. Biz həmin sərmayəni uşaq futboluna qoyub özümüz üçün istedadlı gənclər yetişdirmək istəyirik”.

 

Veteran “çərçivə qoruyucusu” futbolsevərlər tərəfindən söz-söhbətə səbəb olan müddətlə bağlı da fikrini bildirməyi özünə borc bildi:”Düşünürəm ki, hər bir proqramın uzunmüddətli yaxud qısamüddətli olması, maliyyə ilə bağlıdı. Klubda maliyyə sarıdan problem yoxdursa, qısamüddətli proqramlar yersizdi. Gəlin açıq danışaq, bizim ən kişik yaş qrupumuz 11 yaşlılardı. Bir illik proqramın sonunda biz 11 yaşlılardan nə gözləyə bilərik? Ona görə də, bu universal proqram olmalıdı. İstənilən klubda işləyənlərin şəxsiyyətindən asılı olmayaraq vahid strategiya olmalıdı. Biz də sadəcə funksioner olaraq həmin işləri davam etdirməliyik. Məsələn, bu gün Cahangir burdadır, şübhəsiz ki, sabah başqa yerdə bilər. Ancaq vahid bir strategiya olarsa, kluba gələcək hər bir məşqçi və işçi ona uyğun hərəkət edəcək . Ola bilsin ki, səhvlər olacaq. Təbii haldı, ancaq bu səhvlərin üzərində işləmək çox vacibdir. Strategiyanı tez-tez dəyişmək doğru addım deyil. Belə olduqda uşaqların inkişafı da yaxşı olmayacaq. Ən birinci hədəfimiz odur ki, 17 və 19 yaşlılarımızın içərisindən yığma komandaya olan namizədlərin sayını çoxaldaq. Ən öncül məqsədimiz də budu və sözsüz ki, bu bir günün işi deyil. Zəhmət tələb edən işdi. Mövsümün sonuna bizim komandada dəyişikliyi görəcəyik. Gələcəkdə “Səbail” komandasının Premyer Liqada favoritlər sırasında olması üçün akademiyada təməli indidən qoymalıyıq. Yeni yaranan komandanın problemləri də çox olur. Əgər komanda bir günlük deyilsə, inkişaf olacaqsa, onun göstəricilərindən biri məşqçi heyətinin və ümumilikdə klubun gələcək planları, onların uzaqgörənliyi zəruridi. Bu il Premyer Liqada “Səbail” klubu o qədər də yaxşı strat götürmədi, buna baxmayaraq xallarımızın sayı çoxalacaq, o öz yerində. Amma klubun daha yaxşı oynaması üçün maddi-texiki baza yaxşılaşmalıdı. Bunun da əsas meyarı meydançalardı.İlin sonuna böyük ehtimalla bütün meydançalarımız hazır olacaq. Komandanın yaxşı çıxış etməsi üçün ambisiyalı məşqçi olmalıdı. Bu da önəmlidi. Bizdə bu cür məşqçi var – Samir Əliyev. Kifayət qədər ambisiyalı, cavan, enerjili və daim öyrənməyə çalışan mütəxəssidi. O da bizim üstünlüyümüzdü. Uşaqlar da ondan enerji alır və daha yaxşı oynamağa çalışır. Akademiya məşqçilərinə gəlincə, buraya gələn məşqçilərin bilik səviyyəsi birinci komandada olan məşqçi ilə ən azı eyni olmalıdı. Çünki uşaqlara bu yaşda nəyin öyrədilməsi çox vacibdi. Püxtələşmiş vatxda uşaqlar ancaq taktiki gedişlərdən bəhrələnəcək. Təməl texnika və futbol anlayışı uşaqlara erkən yaşlardan öyrədilməlidir. Belə olmasa, uçurum yaranacaq. Ona görə də məşqçi seçimlərinə çox fikir veririk, onların təhsilinə, məşq prosesinə nəzarət edirik. Onlar mütəmadi olaraq öz üzərində işlədikcə uşaqlar da böyüyür və sonda bizə lazım olan nəticəni verir – oyunçu yetişdirir. Əslində biz akademiyada gələcək üçün əsas komadandanın - “Səbail”in çempionluğunun təməlini qoyuruq. Yaş qrupları üzrə liqalarda isə bizim çempionluq kimi niyyətimiz yoxdu. Ola bilsin ki, növbəti il yetirmələrimizin bəziləri başqa klublarda oynayacaq. Bu bizi üzmür. Onlar harada inkişaf edəcəksə, orda olmalıdır. Biləcəyik ki, Azərbaycan futboluna kimisə qazandırmışıq. Bu da “Səbail”in uğuru olacaq. Ancaq hadisələri qabaqlamayaq. Əsas olan bizdə məşqçilərin təlimi və tədrisidi. Onların inkişaf etməsidir. Bunun üçün şəraitin yaxşılaşdırılmasına çalışacağıq. Məşqçilərin təyin olunmasında yaşadığımız mühüm problem var. Bu da onların məvacibidir. Məşqçilərin, düzgün işləyən mütəxəssislərin yüksək məbləğdə pul istəməsi normaldı, onların gəliri yaxşı olmalıdı. Əgər püxtələşmiş oyunçuya hansısa durumu başa salmaq üçün sizə 5-10 dəqiqə lazımdısa, aşağı yaş qruplarında bu belə deyil. Uşağa nə qədər çox deyilsə, o qədər yaxşıdı. Məşqçinin bütöv asudə vaxtını uşaqlar əlindən alır. Bu baxımdan düşünürəm ki, onlarım maddiyyatla bağlı şəxsi problemlərinin azlığı komanda rəhbərliyinə sərf edər. Çünki məşqçi tam gücü ilə diqqətini işinə cəlb edəcək, bu da heç şübhəsiz öz nəticəsini verəcək. Təbiidir ki, burada bəzi problemlər var: məşqçilərin öz biliyinə uyğun pul istəməməsi. Elə durumlarla da rastlaşmışıq. Çalışırıq ki, belə problemləri öz daxilimizdə həll edək. Amma yenə də, düşünürəm ki onların məvacibi azdı. Gələcəkdə onların lisenziyasına uyğun olaraq məvaciblər artırılacaq. Məşqçilərin də çatışmayan cəhəti öz üzərlərində işləməməsidir. Bəlkə də onlar buna macal tapa bilmirlər. Vəsait də yoxdu. Hər komanda bacardığı qədər öz məşqçilərinə kömək olmalıdı. Komanda olaraq biz işlər görürük. Onların kateqoriyalarda iştirakı qismən klub tərəfindən təmin olunur. Gələcəkdə də müəyyən seminarlar nəzərdə tutulub. Onların mövcud biliklərini aşkar etmək və daha yeni nəsə öyrədilməsi üçün bu seminarların keçirilməsi vacibdi. Təkcə futbolda deyil, hər sahədə kiçik problemlər olur. Onlar hər zaman var. Böyük işdə xırda problemlər olmur. Çünki bütün problemlər böyükdü və onların vaxtında öhdəsindən gəlməsək, onlar sonda böyüyüb ciddi başağırısı ola bilər. Futbolda olan reallığa qayıtsaq, komandada olan ən böyük problem meydançadır, onun örtüyüdü. Təbii ot örtüyü mütləqdi. İstəyərdim ki, uşaqlar süni örtükdən uzaq dursunlar və özlərini təbii ot örtüyünə öyrəşdirsinlər. Digər problem isə maliyyə ilə bağlıdı. Onlar da həll olunmayanda böyük fəsadlara yol açır. Amma ümumi olaraq, futbol üçün lazım olan hər bir şərait var. Məşqçilərin işinə mane olmuruq, onlar rahat işləyə bilərlər. Gələcəkdə gənclərdə “Səbail” adına inam olacaq, bunun üçün işləyirik. Əsas olan komanda uğrunda oynamaqdı”. Ardı var...

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

скачать dle 10.4 UTF-8Forex для начинающих

21-09-2017
893
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
24-11-2020
Sabahın ulduzları “Sabah”ın Akademiyasında yetişir -
Sabahın ulduzları “Sabah”ın Akademiyasında yetişir - VİDEO
3-08-2018
“Süni meydançaya görə Azərbaycana gəlmədilər” -
“Süni meydançaya görə Azərbaycana gəlmədilər” - Aftandil Hacıyev
26-03-2018
"Biz futzala yeni nəfəs qazandırlmalıyıq" - REPORTAJ
29-09-2017
Vaqif Sadıqov: “Azərbaycan futbolunda pul olanda biz bunları yada salmırdıq”
Vaqif Sadıqov: “Azərbaycan futbolunda pul olanda biz bunları yada salmırdıq” (LAYİHƏ)
28-09-2017
"Uşaq futbolu təməldir. Təməl olmasa heç nə əldə edə bilmərik" (LAYİHƏ)
24-09-2017
"“Qəbələ” ilə yanaşı, “Qarabağ” və “Neftçi”də bizim uşaqları yığıb aparır" (LAYİHƏ)
23-09-2017
“Hansı məşqçi deyirsə ki, filan futbolçunu mən yetişdirmişəm, səhv edir”
“Hansı məşqçi deyirsə ki, filan futbolçunu mən yetişdirmişəm, səhv edir” (LAYİHƏ)
19-09-2017
“Qarabağ”ın gec qalan gəncləri!
“Qarabağ”ın gec qalan gəncləri! (LAYİHƏ)
15-09-2017
“Zirə”nin koordinatoru uşaq məşqçilərindən şikayətləndi: “Bəzən elə fantastik şeylər istəyirlər ki…”
“Zirə”nin koordinatoru uşaq məşqçilərindən şikayətləndi: “Bəzən elə fantastik şeylər istəyirlər ki…” (LAYİHƏ)
8-09-2017
Bir illik öhdəlik və “Neftçi”nin gələcəyi
Bir illik öhdəlik və “Neftçi”nin gələcəyi (LAYİHƏ)
5-09-2017
Boş qalan futbol “soyuducumuz” və Rəşadın “borcu”
Boş qalan futbol “soyuducumuz” və Rəşadın “borcu” (LAYİHƏ)
2-09-2017
Valideynlərinə görə məhv olan istedadlı futbolçular
Valideynlərinə görə məhv olan istedadlı futbolçular (LAYİHƏ)
29-08-2017
Futbolçu kimi effektiv olmayan tərbiyəli uşaqlar!
Futbolçu kimi effektiv olmayan tərbiyəli uşaqlar! (LAYİHƏ)
20-08-2017
Dar küçələr və yox olan ənənələr!
Dar küçələr və yox olan ənənələr! (LAYİHƏ)
17-08-2017
İt-bat olan gənclər və uşaq futbolundan xəbəri olmayanlar!
İt-bat olan gənclər və uşaq futbolundan xəbəri olmayanlar! (LAYİHƏ)
  Xəbər Lenti
"Neftçi"dən böyükhesablı qələbə - Azərbaycan Premyer Liqası 17.04.2021, 22:23
"Keşlə" 0-0 "Sabah" - VİDEO 17.04.2021, 22:20
"Qarabağ"ın legioneri üçün mövsüm bitdi - Zədəyə görə 17.04.2021, 20:27
Uels millisinin nümayəndələri Bakıya gəldi - FOTO 17.04.2021, 20:23
"Sabah" "Keşlə" ilə bərabərə qaldı - Premyer Liqa 17.04.2021, 20:20
Corcina yeni paylaşımı ilə gündəm yaratdı - FOTO 17.04.2021, 19:30
Tomas Bax Yaponiyaya səfər edəcək 17.04.2021, 19:25
Millimizin heyəti açıqlandı - Avropa çempionatı üçün 17.04.2021, 18:29
“Turan Tovuz” “Qaradağ Lökbatan”ı məğlub etdi - I Divizion 17.04.2021, 17:30
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 20 42
2 Qarabağ 20 42
3 Zirə  20 30
4 Sumqayıt   20 26
5 Qəbələ 20 23
6 Səbail 20 18
7 Keşlə 20 17
8 Sabah 20 16
Ətraflı
20-03-2021
Honda
Honda "Neftçi" ilə birgə məşqə başladı - FOTO
26-03-2021
"Bizim üçün vacib test olacaq" - De Byazi
13-04-2021
"Gücümüzü sözdə yox, meydanda deməliyik" - Millimizin oyunçusu
3-04-2021
"Bəzi voleybolçularımız hobbilərini biznesə çeviriblər" - "Azərreyl"in prezidenti
16-04-2021
Həftənin rəmzi komandası açıqlandı -
Həftənin rəmzi komandası açıqlandı - Avropa Liqası
6-04-2021
"De Byazili Azərbaycan yığması meydana qalib gəlmək üçün çıxmır" - VİDEO
18-03-2021
Futbol Akademiyasına avtomobillər alındı
Futbol Akademiyasına avtomobillər alındı 2 ədəd
18-03-2021
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
26-03-2021
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
22-03-2021
Təxirə salınmış oyunlara hakim təyinatları -
Təxirə salınmış oyunlara hakim təyinatları - I Divizion
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 16 36
2 Zaqatala 17 34
3 Neftçi-2 16 34
4 Sabah-2 16 29
5 Qarabağ-2 17 26
6 Kəpəz 15 17
7 Qaradağ Lökbatan 16 16
8 Keşlə-2  16 12
9 MOİK 16 10
10 Sumqayıt-2  15 9
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb