reklam
Sportfm.az xəbər saytı

"Oyunçularım azərbaycanlı xarakteri göstərdilər" -Qurban Qurbanov


"Xalqımızı təbrik edirəm. Heç-heçə etsək də, bu, İngiltərə klubları ilə matçda ilk xalımız idi".

Sportfm.az xəbər verir ki, “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi”ni (İngiltərə) qəbul edib. 2:2 hesabı ilə yekunlaşan matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov oyunçularının azərbaycanlı xarakteri göstərdiklərini bildirib:

“Öncə azarkeşlərimizi təbrik etmək istəyirəm. Bizi qarşıda çox böyük zəfər bayramı gözləyir. Nəticəyə görə, çox yaxşı mübarizə apardıqlarına görə oyunçularıma təşəkkür edirəm. Sona kimi döyüşdülər, azərbaycanlı xarakteri göstərdilər. Bəli, bu gün bir xal qazandıq. Bu cür oyunlar bizə çox böyük inam verir. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. “Napoli”, “Ayaks” bəlkə də, bizə 3 xal gözü ilə baxır, ona görə də bu oyunlara hazırlaşmalıyıq.

Oxşar xəbərlər

"Böyük klubları Bakıda görmək azarkeşlər üçün stimuldur" - Qurban Qurbanov
"Yaxşı bir komandaya qalib gəldik" - Qurban Qurbanov
"Pozitiv olmalı, qarşıdakı oyunlara baxmalıyıq” - Qurban Qurbanov
Qurban Qurbanovdan qələbə şərhi - "Bu gün əsl azərbaycanlı kimi vuruşduq"
"Bura nəticə qazanmaq üçün gəlmişdik" - Qurban Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər