reklam
Sportfm.az xəbər saytı

"Ümumi gedişat da bizi sevindirməyə əsas verir" -Kurban Berdıyev


"Paltardəyişmə otağında uşaqlarla danışdım ki, Hakmana görə mübarizə aparsınlar. Hakman səhvə yol verdi. Ancaq uşaqlar onun üçün oynadılar, sona qədər mübarizə apardılar. 10 nəfərlə qalsaq da, müdafiədə ağıllı və müdrik oynadılar. "Neftçi"yə elə də qol imkanı vermədik".

Sportfm.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 26-cı turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında Kurban Berdiyev deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

- Demək olar ki, oyunun ədalətli nəticəsi bərabərlik idi?

- Bəli, belə hesab etmək olar. Oyunun gedişatına baxanda bunu görmək mümkündür.

- Oyunun əsas qəhrəmanı qolkiperinizdir?

- Xeyr, təkcə o yox. Bütün komanda bu gün mübarizə apardı.

- Neçənci dəfədir ki, "Turan Tovuz" xarakter göstərir və son dəqiqələrdə qol vurur. Komandanızla fəxr edirsiz?

- Komanda 6 ay ərzində formalaşmır. Amma gördüyüm qədərilə futbolçularda xarakter var. Ümumi gedişat da bizi sevindirməyə əsas verir. Müəyyən vaxt lazımdır.

Oxşar xəbərlər

"Belə hal karyeramda birinci dəfədir olur" - Kurban Berdıyev
Berdıyev: Bəxtimiz gətirdi
"Bu gün rəqib qələbəyə layiq idi" - Kurban Berdıyev
“Daha çox qol vura bilərdik” - Kurban Berdıyev
Kurban Berdıyev "Neftçi"nin udmadıqları üçün təəssüfləndi: Biz çoxuna ümid edirdik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər