reklam
İtaliya və dünya futbolunun əfsanəsi vəfat etdi -
Sportfm.az xəbər saytı

İtaliya və dünya futbolunun əfsanəsi vəfat etdi -FOTO


"Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi vəfat edib.

Sportfm.az xəbər verir ki, bu barədə "Milan"ın mətbuat xidməti məlumat yayıb.

Ağciyərindən keçirdiyi əməliyyatdan sonra ağır xəstəliklə mübarizə aparan Barezi 66 yaşında dünyasını dəyişib.

Klubun açıqlamasında Barezinin ölümünün böyük itki olduğu vurğulanıb: "Milan"ın tarixi göz yaşı tökür. Franko Barezinin aramızdan ayrılması bizi dərin kədərə qərq edib. Onun örnək duruşu və klubumuza təsiri, əfsanəvi 6 nömrəsi kimi, "Milan"ın DNT-sinin ayrılmaz hissəsi olaraq əbədi yaşayacaq. Franko Barezinin ailəsinə dərin hüznlə başsağlığı veririk. Bu acını hər bir "rossoneri" azarkeşi bölüşür".

Qeyd edək ki, F.Barezi karyerası ərzində yalnız "Milan"da çıxış edib. O, 1977-1997-ci illərdə oynadığı "Milan"da 719 matçda iştirak edib, 6 dəfə İtaliya çempionu olub, 3 dəfə Avropa Çempionları Kubokunu (indiki UEFA Çempionlar Liqası) və 2 dəfə Qitələrarası Kuboku qazanıb,. Barezi 15 il "Milan"ın kapitanı olub. Karyerasını başa vurduqdan sonra onun geyindiyi 6 nömrəli forma əbədiləşdirilib.

İtaliya millisinin heyətində 81 oyun keçirən sabiq müdafiəçi 1982-ci ildə dünya çempionu olub.

Oxşar xəbərlər

İtaliya yığmasının sabiq futbolçusu karyerasını bitirdi
İtaliya millisinin sabiq üzvü vəfat etdi
İki dəfə Çempionlar Kubokunu qazanan futbolçu vəfat etdi - 73 yaşında
"Porto"nun əfsanəsi vəfat etdi - FOTO
Sabiq dünya çempionu vəfat etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər