reklam
Yubiley Bakıda, rekord Gəncədə!
Sportfm.az xəbər saytı

Yubiley Bakıda, rekord Gəncədə!


Azərbaycan Premyer Liqasının 23-cü turu üçün azarkeş sayı bəlli olub.
 
Sportfm.az xəbər verir ki, turun rekordu Gəncədə qeydə alınıb. Gəncə şəhər stadionunda baş tutmuş "Kəpəz” - "Sumqayıt” oyununu (1:0) 7200 tamaşaçı tribunalardan izləyib.
 
Ən az azarkeş isə Şüvəlanda, "AZAL Arena”da keçirilmiş AZAL - "Qəbələ” oyununda (1:1) qeydə alınıb. Cəmi 300 tamaşaçı "qırmızı-qaralar”ın xal itkisinin canlı şahidi olub.
 
"Neftçi”nin 80 illik yubiley günündə, 8-ci km stadionunda baş tutmuş "İnter”lə oyununda (2:1) 2500 tamaşaçı qeydə alınıb. Lider "Qarabağ”ın Zirə idman kompleksinin stadionunda yerli "Zirə” ilə qolsuz heç-heçəsini isə 1300 azarkeş izləyib.
 
Ümumilikdə, turun 4 oyununu 11300 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 2825 azarkeş deməkdi.

Oxşar xəbərlər

27-ci turda 4910 tamaşaçı!
"Qəbələ"də "rekord" tamaşaçı sayı - 250 nəfər
Topaz Premyer Liqasının 22-ci turunda neçə azarkeş qeydə alındı?
"Qəbələ"də azarkeşə futbol lazım deyil!
"Qarabağ"ın çempionluğuna cəmi 1800 nəfər şahidlik edib!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər