reklam
AFFA iki futbolçuya ağır cəza verdi
Sportfm.az xəbər saytı

AFFA iki futbolçuya ağır cəza verdi


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 17-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Şəki Siti” – “Göygöl” oyununun 30-cu dəqiqəsində “Şəki Siti” komandasının futbolçusu Tural Məmmədzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün meydan sahibi komanda daha 100 manat cərimə edilib.

“Kür-Araz” – “Dinamo” oyununun 40-cı dəqiqəsində “Kür-Araz” komandasının futbolçusu Museyib Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra, eyni zamanda fasilədə hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib.

Oxşar xəbərlər

Rəqibini vuran futbolçuya ağır cəza - QƏRAR
İntizam Komitəsinin qərarları - Cəza və cərimələr
1-ci Liqada cəzalar açıqlandı - QƏRAR
Daha bir komandaya texniki məğlubiyyət verildi - QƏRAR
Hakimi təhqir edən futbolçuya ağır cəza - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər