Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Salah Misir millisində tarix yazdı
Misir millisinin hücumçusu Məhəmməd Salah dünya çempionatlarında ölkəsinin yeni rekorduna imza atıb.
Sportfm.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
34 yaşlı hücumçu DÇ-2026-nın qrup mərhələsində Yeni Zelandiya ilə keçirilən görüşdə komandasının qollarından birini vurub. Qarşılaşma Misirin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qol Salah üçün təkcə komandasına vacib qələbə qazandırmaq baxımından deyil, həm də tarixi əhəmiyyət daşıyıb. Belə ki, o, 34 yaş 7 günlüyündə fərqlənərək Misir millisinin dünya çempionatları tarixində qol vuran ən yaşlı futbolçu adına sahib çıxıb.
Bununla da təcrübəli forvard 1990-cı il mundialında 30 yaş 320 günlüyündə qol vuran Maqdi Abdelqaninin rekordunu arxada qoyub.
Qeyd edək ki, Misir millisi iki turdan sonra aktivində 4 xal olmaqla G qrupunda liderldir.

Oxşar xəbərlər
Messi daha bir rekordu təkrarladı - DÇ-2026
Misir yığması rekorda imza atdı - Afrika Millətlər Kuboku
Salah künc zərbəsindən rəqib qapısına qol vurdu - VİDEO
Məhəmməd Salah fəxri vətəndaş oldu - FOTO
Məhəmməd Salah start heyətdə yer almadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası