reklam
Cüdoçularımız Qoridə təlim-məşq toplanışında
Sportfm.az xəbər saytı

Cüdoçularımız Qoridə təlim-məşq toplanışında


Azərbaycanın müxtəlif regionlarından olan 15 yaşadək cüdoçular Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışında iştirak edirlər.

Sportfm.az xəbər verir ki, yerli idmançılarla ilə birlikdə keçirilən hazırlıq prosesinə ölkənin 31 cüdoçusu qatılıb.

Ayın əvvəlində start götürən toplanış oktyabrın 13-dək davam edəcək. Yeniyetmə cüdoçulara ACF-nin regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov və Ruslan Yunusov rəhbərlik edir.

Toplanış müvafiq yaş qrupu üzrə region cüdoçularının rəqabət qabiliyyətlərinin artırılması və gələn il baş tutacaq Azərbaycan birinciliyinə hazırlıq məqsədini daşıyır.

Oxşar xəbərlər

Güləş yığmalarımız Avropa çempionatına hazırlaşır
Yığmamızın Qazaxıstan toplanışı başa çatdı
Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında
Bu dəfə toplanış üçün Antalyaya yollandılar
Cüdoçularımız Olimpiadaya hazırlaşır - Xorvatiyada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər