reklam
AFFA baş məşqçiyə 5 oyunluq cəza verdi -
Sportfm.az xəbər saytı

AFFA baş məşqçiyə 5 oyunluq cəza verdi -QƏRAR


AFFA iki futbolçunu 4, bir baş məşqçini 5 oyunluq diskvalifikasiya edib.

Sportfm.az xəbər verir ki, AFFA Gənclər Liqasında keçirilən “Universal Football Academy” – “Səbail” oyununda meydan sahiblərinin futbolçusu Raul İzzətov 90-cı dəqiqədə hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb. Həmçinin sözügedən liqada baş tutan “Sumqayıt” – “Kəpəz” matçında Sumqayıt komandasının futbolçusu İlkin Məmmədov 74-cü dəqiqədə təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun diskvalifikasiya edilib.

AFFA U-13 Qızlar Liqasının yarımfinal mərhələsində “Səbail” və “Sumqayıt” arasında keçirilən cavab matçının 30-cu dəqiqəsində Sumqayıt təmsilçisinin baş məşqçisi Sabir Mütəllimov texniki zona qaydalarını kobud şəkildə pozduğuna və birinci köməkçi hakimə qeyri-etik jestlər etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəza verilib.

Oxşar xəbərlər

“Qəbələ”nin futbolçusuna ağır cəza - Qərar
İki baş məşqçiyə AFFA-dan ağır cəza
Hakimi təhqir edən futbolçuya 5 oyunluq cəza
AFFA "Mançester Yunayted"in futbolçusunu cəzalandırdı
Çııxış etdiyi klubun baş məşqçisini təhqir etdi - Azərbaycanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər