reklam
Hakimi təhqir edən baş məşqçiyə ağır cəza -
Sportfm.az xəbər saytı

Hakimi təhqir edən baş məşqçiyə ağır cəza -Qərar


Azərbaycan 2-ci Liqasında çıxış edən “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov 5 oyunluq diskvalifikasiya olunub.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Onun cəzalanmasına səbəb 8-ci turda baş tutan “Xankəndi” ilə oyununun fasiləsində hakimi təhqir etməsidir. Qırmızı vərəqə ilə cəzalandırılan Hüseynov hərəkətinə görə 5 oyunluq diskvalifikasiya edilib, “Ağdaş” isə 1000 manat cərimələnib.

“Mingəçevir”in baş məşqçisi Ramiz Məmmədov isə 2 oyunluq cəza alıb. Buna “Şəfa” ilə matçın 63-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Nəticədə, mütəxəssisə 2 oyunluq cəza verilib, Mingəçevir təmsilçisi isə 1500 manat ödəməli olacaq.

Oxşar xəbərlər

AFFA-dan baş məşqçiyə ağır cəza - Qərar
Hakimləri təhqir edən məşqçiyə ağır cəza - QƏRAR
Hakimi təhqir edən baş məşqçiyə ağır cəza
Hakimləri təhqir edən məşqçiyə ağır cəza
Hakimi təhqir edən futbolçuya 5 oyunluq cəza

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər