reklam
Vaxtilə milyoner olan klub prezidenti kirayədə yaşayır -
Sportfm.az xəbər saytı

Vaxtilə milyoner olan klub prezidenti kirayədə yaşayır -Dəhşət


"Hafka" ləqəbi ilə tanınan azərbaycanlı iş adamı Hafiz Məmmədov müflisləşməsindən sonra, təxminən 10 ildən artıq müddətdə çoxsaylı əmlakının hesabına oliqarx həyatını davam etdirib. Lakin eks-milyonçu hazırda bütün əmlaklarını itirib.
Sportfm.az xəbər verir ki, iş adamının "Milyonçular məhəlləsi" adlanan Məmməd Araz küçəsində 9 ədəd villası olub.
Hafka villalarını bu illər ərzində dəyər-dəyməzə satıb. Bahalı mülklərin bir hissəsini biznesmen İlham Rəhimov alıb, bir hissəsi isə digər şəxslərə satılıb.
Hazırda Hafiz Məmmədovun "Milyonçular məhəlləsi"ndə demək olar ki, qalmağa yeri yoxdur.
Məlumata görə o, Ağ Şəhərdə yerləşən binaların birində kirayədə yaşayır.
Onun İngiltərənin London şəhərində yerləşən mülkü də ailəsinin əlindən çıxıb.
Qeyd edək ki, Hafiz Məmmədov "Baghlan Group" şirkətinin və "Bakı" Futbol Klubunun prezidenti, eləcə də "Bank of Azerbaijan"ın Müşahidə Şurasının sədri olub (Unikal).

Oxşar xəbərlər

"Bakı"nın sabiq prezidentinin dağılan əmlakı - FOTO
Hafiz Məmmədovun şirkəti ilə bağlı məhkəmə qərarını açıqladı
Hafiz Məmmədova daha bir ağır zərbə - ÖZƏL
Hafka "Qarabağ"ın rəqibinə Bakıda qonaqlıq verdi
Hafiz Məmmədovun şirkəti məhkəməyə verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər