reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" əlilliyi olan uşaqlarla görüşdü


“Kəpəz” klubu əlilliyi olan şəxslərlə bağlı xüsusi tədbir təşkil edib.

Sportfm.az xəbər verir ki, tədbirdə Gəncə kollektivinin infrastruktur rəhbəri Ruslan Məmmədov, menecer Səbinə Hənifəyeva, təşkilati işlər üzrə menecer Emin Qaraxanov, baş məşqçi Azər Bağırov, köməkçiləri, futbolçular və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Gəncə filialının şagirdləri iştirak ediblər.

Akademiyanın qonaqları əvvəlcə komandanın məşqini izləyib, futbolçularla görüşüb, şəkil çəkdiriblər.

Daha sonra uşaqlarla əyləncəli görüş keçirilib. Burada şagirdlər bacarıqlarını nümayiş etdirib, şeir deyib, mahnı oxuyublar. Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Klub tərəfindən gələcəkdə daha fəal tədbirlər, o cümlədən fiziki məhdudiyyəti olan şəxslər üçün futbol oyunları və məşqlər təşkil etmək planlaşdırılır. İnfrastrukturun yaxşılaşdırılması – klub stadionunun və digər obyektlərin fiziki məhdudiyyəti olan şəxslər üçün daha əlçatan olması üçün müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. Əlilliyi olan şəxslərin idmana inteqrasiyası üçün müxtəlif sosial proqramların həyata keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

“Kəpəz”də “Gəncənin futbol əfsanələri” şurası yaradıldı
Uşaq evinin sakinləri "Neftçi"nin qonağı oldu
Dünya ulduzu Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşdü - FOTO
Azarkeşlərlə əlaqələndirici şəxslər üçün növbəti seminar
Paralimpiyaçılarımız ehtiyac olan nəqliyyat vasitəsi ilə ödənişsiz təmin ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər