reklam
Daha bir federasiyanın prezidenti dəyişdi
Sportfm.az xəbər saytı

Daha bir federasiyanın prezidenti dəyişdi


Fevralın 24-də Azərbaycan Elektron İdman Növləri Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

Sportfm.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Tədbirdə federasiya prezidenti Adil Mahmudov çıxış edərək tarixi gənc olan idman növü haqqında məlumat verib, keçirilmiş yarışlar haqqında danışıb. Bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Elektron İdman Növləri Federasiyasının İcraiyyə Komitəsinə yeni seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, növbəti 4 il müddətinə Oqtay Qasımzadə federasiyasının prezidenti, Siyavuş Hüseynov vitse-prezidenti, Hadı Rəcəbli, Ramin Əliyev və Məmməd Əlizadə İdarə Heyətinin üzvləri seçiliblər. Daha sonra Nəzarət Təftiş Komitəsinə seçkilər keçirilib. Ənvər Hüseynov sədr, Fərid Azayev və Adil Mahmudov isə üzv seçiliblər. Sonda Oqtay Qasımzadə çıxış edərək göstərilən etimada görə təşəkkür edib.

Oxşar xəbərlər

Üzgüçülük Federasiyasına yeni prezident seçildi
Çingiz Hüseynzadə istefa verdi
Kəmaləddin Heydərov yenidən federasiya prezidenti oldu - Təyinat
Triatlon Federasiyasında yeni prezident - Təyinat
Nazir federasiya prezidenti oldu - Azərbaycanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər