Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millilərimizdən növbəti qələbə -Şahmat Olimpiadası
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar.
Sportfm.az xəbər verir ki, 3-cü turda Azərbaycanın kişilərdən ibarət millisi İsveçrəyə 3:1 hesabı ilə qalib gəlib.
Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı rəqiblərini üstələyiblər. Aydın Süleymanlı və Eltac Səfərli isə heç-heçə edib.
Qadınlardan ibarət Azərbaycan komandası isə İsveç yığması ilə üz-üzə gəlib. Şahmatçılarımız bu görüşdə 2,5:1,5 hesablı qələbə qazanıblar. Gülnar Məmmədova rəqibini məğlub edib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Günay Məmmədzadə isə heç-heçəyə razılaşıb.
İlk iki turda Azərbaycanın kişilərdən ibarət yığması Mərakeş (4:0) və Filippin (3:1) komandalarına qalib gəlib. Qadınlardan ibarət komanda isə Qvatemala və Danimarkanı 4:0 hesabı ilə məğlub edib.
İlk iki turun yekunlarına əsasən, kişilərdən ibarət kollektiv 4 xalla turnir cədvəlində 19-cu, eyni xala malik qadın komandası isə 11-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər
Azərbaycan millisindən növbəti qələbə
Futbolçularımız udmasa da, onlar udur
Şahmat millimizdən Olimpiadada növbəti qələbə
Azərbaycan millisi qələbə ilə başladı
Şahmatçılarımız növbəti qələbəsini qazandı - Olimpiadada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası