reklam
Azərbaycan millisindən növbəti qələbə
Sportfm.az xəbər saytı

Azərbaycan millisindən növbəti qələbə


Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.
Sportfm.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlinin yer aldığı kollektivi bu dəfə Polşadan üstün olub - 2.5:1.5.

Daha əvvəl Slovakiyaya (3:1) qalib gələn və Çexiya (2:2) ilə bərabərə qalan komanda hazırda 5 xalla üçüncü pillədədir.

Qadınlardan ibarət milli isə bu dəfə heç-heçəyə razılaşıb. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət kollektiv Fransa ilə xalları yarı bölüb - 2:2.

Əvvəlki görüşlərdə Sloveniya (4:0) və Macarıstandan (2.5:1.5) üstün olan komanda 5 xalla dördüncüdür.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən Avropa çempionatı oktyabrın 14-dək davam edəcək.

Oxşar xəbərlər

Finallarda inanılmaz duellər - Azərbaycan çempionatı
Azərbaycan çempionatında 1/4 finalın cavab oyunları keçiriləcək
Azərbaycan millisi qələbə ilə başladı
Avropa çempionatında növbəti qələbə
Yığmalarımız İtaliya və Türkiyəyə qarşı - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər