reklam
Tələbələr arasında Azərbaycan çempionatı keçiriləcək
Sportfm.az xəbər saytı

Tələbələr arasında Azərbaycan çempionatı keçiriləcək


AFFA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi, Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin və kolleclərin tələbələri arasında Azərbaycan çempionatı keçiriləcək.
 
Sportfm.az xəbər verir ki, yarışda 29 komanda mübarizə aparacaq. Qərb regionunun oyunları Gəncədə, Cənub zonasının oyunları isə Şirvan şəhərində təşkil olunacaq. Regionlarda qalib olan komandalar Bakıda təşkil olunacaq yarışa vəsiqə qazanacaqlar. Hər birində 5 komandanın mübarizə aparacağı qrupda ilk 3 yeri tutan kollektivlər yarışın "pley-off” mərhələsinə vəsiqə əldə edəcəklər. Açılış mərasimi fevralın 17-də, saat 15:00-da  Bayıl Arenada olacaq. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Azərbaycan Tibb Universitetinin komandaları qarşılaşacaq. Turnirin oyunları Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının, Milli Aviasiya Akademiyasının, Olimpiya İdman Növləri üzrə Milli Yığma Komandaların Təlim-Məşq Mərkəzinin meydançasında və Binə stadionunda keçiriləcək.

Oxşar xəbərlər

AMADA-nın təşkilatçılığı ilə beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Azərbaycanda yeni bir liqaya start verildi
Tələbələr arasında yarımfinalçılar məlum oldu
Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Azərbaycan çempionatının açılış mərasmi keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər