reklam
Azərbaycan millisinin rəqibləri bəlli oldu -
Sportfm.az xəbər saytı

Azərbaycan millisinin rəqibləri bəlli oldu -Dünya çempionatı


Azərbaycanın U-15 millisi ilk dəfə keçiriləcək FİFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparacaq.
Sportfm.az xəbər verir ki, turnirin püşkatma mərasimi keçirilib. Mübarizədə iştirak edəcək 191 milli komanda 32 qrupa bölünüb. Qruplardan birində 5, digər 31 qrupda isə 6 komanda yer alıb.

Püşkatmanın nəticəsinə əsasən Azərbaycan millisi “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla birgə yer alıb.

Qeyd edək ki, FİFA U-15 Dünya Çempionatı və Festivalı cari ilin oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək. Komandalar 8-ə 8 formatında mübarizə aparacaq. Görüşlər hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarət olacaq.

Oxşar xəbərlər

Millimiz Dünya Kubokunda mübarizə aparacaq
Azərbaycan millisi təsnifat turnirində mübarizə aparacaq - AVRO-2026
Azərbaycanda keçiriləcək dünya çempionatının püşkü atıldı
U-17 millisinin rəqibləri məlum oldu - Avropa çempionatı
Yığmamızın rəqibləri bilindi - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər