Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Gəncə Open-2026” Festivalının mükafat fondu bilindi
Oktyabrın 11-18-i aralığında keçiriləcək “Gəncə Open-2026” Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Yarışın mükafat fondu 24 810 manat olacaq.
Gəncə İdman Sarayında təşkil olunacaq turnir dörd qrup üzrə baş tutacaq.
A qrupunda 1900 və yuxarı şahmatçılar, B qrupunda 1899 və aşağı reytinqli şahmatçılar mübarizə aparacaqlar. Həmçinin, rapid və blits yarışları da gerçəkləşəcək.
A qrupunda mükafat fondu 16 700, B qrupunda 5 810, rapid və blitsdə isə 1 150 manat olacaq.
A və B qruplarının qaliblərinə xüsusi kubok təqdim olunacaq. Müxtəlif yaş, qadın və reytinq kateqoriyaları üzrə də xüsusi mükafatlar nəzərdə tutulub.
Festival Azərbaycan Şahmat Federasiyasının “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində təşkil olunur. Layihənin məqsədi ölkənin müxtəlif şəhərlərində beynəlxalq şahmat turnirlərinin keçirilməsi, yerli şahmatçıların beynəlxalq təcrübəsinin artırılması və şahmatın regionlarda daha geniş təbliğidir.

Oxşar xəbərlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Azərbaycan çempionatının mükafat fondu bilindi
8 ölkə 240 şahmatçı - “Shirvan Open 2025”
Gəncədə keçiriləcək Şahmat Festivalının mükafatı bilindi
“Baku Open 2024”-ün mükafat fondu açıqlandı - 50 000 dollar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası