reklam
Sportfm.az xəbər saytı

"Hücumda kəsərli olmağa rəqib imkan vermədi" -Ayxan Abbasov


"Son iki oyunda formada olan komandaya qarşı oynayırdıq. Rəqibin bizi analiz etdiyini bilirdik. Sevinirəm ki, rəqiblər bizimlə oyunlarda sistemlərini dəyişirlər, bizə qarşı əvvəlki kimi hazırlaşmırlar".
Sportfm.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə "Neftçi" ilə qolsuz başa çatan matçdan sonra mətbuat konfransında deyib.
"İtkilərimiz var, əlimizdəki futbolçulara uyğun oyun qururuq. Hücumda kəsərli olmağa rəqib imkan vermədi. Ədalətli nəticə heç-heçə idi. Penaltini vura bilməmək üzücü oldu. Zədəlilərin sağalmasını gözləyərək, hazırlıqlara davam edəcəyik" - deyə o qeyd edib.

39 yaşlı mütəxəssis bildirib ki, komandasında penalti sindromunun olduğunu deməklə məsələni çox şişirdirlər: "Elvin Məmmədov səhv etmirəmsə, indiyədək heç bir penaltini qaçırmamışdı. Penalti üzərində məşq edilməməsi fikri ilə razı deyiləm. Komandada penalti vuranlar olmalıdır, bizdə də belə oyunçular mövcuddur. Bu gün penaltini Rəhim Sadıxov da vura bilərdi, amma Elvin Məmmədov topa özünə inamla yaxınlaşdı. Hər bir komandada belə hallar mümkündür".

Oxşar xəbərlər

"Məğlub olmağa gəlməmişdik" - Ayxan Abbasov
"Futbolda belə hallar baş verir" - Qurban Qurbanov
"Koronavirus pandemiyası ilə bağlı itkilərimiz var" - Ayxan Abbasov
"Ədalətli olmağa çalışıram" - Rəşad Sadıqov
"Hansı yola çıxdığımızı bilirik" - Ayxan Abbasov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər