reklam
Azərbaycanlı güləşçiyə ev verildi
Sportfm.az xəbər saytı

Azərbaycanlı güləşçiyə ev verildi


Üçqat Dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı, Abşeron güləş məktəbinin yetirməsi Hacı Əliyevə mükafat olaraq yeni mənzilin orderi təqdim edilib.

Sportfm.az xəbər verir ki, bu münasibətlə keçirilən görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün ölkəmizdə, eləcə də Abşeron rayonunda uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, Abşeron rayonunda idmana göstərilən diqqət və qayğı, bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Məhz görülən işlərin nəticəsidir ki, indi Abşeron idmançıları müxtəlif səviyyəli idman yarışlarına qatılır, ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edirlər. Gənc idmançı, sərbəst güləş üzrə Avropa və dünya çempionu Hacı Əliyevin simasında biz bunu bir daha görürük.

İradə Gülməmmədova beynəlxalq yarışlarda qazandığı nailiyyətlərə görə idmançını təbrik edib, ona gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Gənc idmançı Hacı Əliyev yeni mənzillə təmin olunduğuna görə rayon rəhbərliyinə minnətdarlığını bildirib, bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəyini vurğulayıb.

Sonra mənzilin orderi Hacı Əliyevə təqdim edilib.

Oxşar xəbərlər

Hacı Əliyevə kapitan rütbəsi verildi
Futbol Federasiyasına yeni sədr seçildi - Naxçıvanda
Güləş Federasiyasının vitse-prezidenti qalib və mükafatçılarla görüşdü
Azərbaycan çempionatının açılış mərasimi keçirildi - ilk yarış günü 90 pəhləvan mübarizə apardı
Prezident İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər