Dünya çempionatlarında medal qazanan idmançılarla görüş keçirilib
Gənclər və İdman Nazirliyində (GİN) cüdo, güləş və boks üzrə dünya çempionatlarında medal qazanan Azərbaycan milli komandalarının üzvləri ilə görüş keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə GİN-in idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev federasiyaların rəsmiləri, yığmanın məşqçiləri və idmançılar iştirak ediblər.
Görüşdə F.Mənsurov idmançıları qazandıqları nailiyyətlərə görə təbrik edib. Güləşçilərimizin Parisdə 2 qızıl və 1 bürünc medal qazandıqlarını vurğulayan şöbə müdiri deyib: “Hacı Əliyevi üçqat dünya çempionu olması münasibətilə xüsusilə təbrik edirəm. Hamburqda təşkil edilən boks üzrə dünya çempionatında Məhəmmədrəsul Məcidov da üçqat dünya çempionu adını qazandı. Cüdoçularımızın bu dəfə gümüş və bürünc medallar əldə etdilər. Üçqat dünya çempionu tituluna sahib olan sərbəst güləşçimiz Hacı Əliyev və boksçu Məhəmmədrəsul Məcidova dövlətimizin başçısının Sərəncamına əsasən, Prezident təqaüdü ilə təltif olunublar. İdmançılarımızın uğurlarının davam edəcəyinə inanıram”.
Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Ağacan Abıyev idmançılarımızın davamlı olaraq beynəlxalq yarışlarda yüksək nəticələr göstərdiklərini qeyd edib. Nailiyyətlərin ildən-ilə artdığını qeyd edən A.Abıyev qeyd edib ki, ilk dəfədir Azərbaycan idmançısı boks üzrə üçqat dünya çempionu adını qazanıb.
ABF-nin baş katibi Nağı Səfərov Məhəmmədrəsul Məcidovun rekorda imza atdığını vurğulayaraq bildirib: “Hamburqdakı yarışa qədər dörd ölkədə üçqat dünya çempionu vardı. Kuba, Bolqarıstan, Rumıniya və Çindən sonra Azərbaycan boksçusu da üçqat dünya çempionu adına sahib oldu”.
Sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov, cüdo yığmasının məşqçisi Mehman Əzizov çıxışlarında idmançılarımızın mötəbər beynəlxalq yarışlarda uğurla çıxış etmələri üçün məşqçilərin üzərinə düşən məsuliyyətdən və bu işdə səylə çalışmalarından danışıblar.
Oxşar xəbərlər
Gənclər və İdman Nazirliyində güləşçilər və cüdoçular ilə görüş keçirildi - FOTO
Mansurov: "Cüdoçularımızın da qızıl medal qazanmaq vaxtıdır"
Boks yığmamız Vətənə qayıdıb
Boks Federasiyasında dünya çempionatına yollanacaq yığma ilə görüş keçirilib
Boks Federasiyasında milli komandanın üzvləri ilə görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Rəqiblər hər zaman fərqli olur" - Qurban Qurbanov
-
"Qarabağ" - ÇSKA: Start heyətlər məlumdu
-
Mahir Emreli "Rakuv"da qol hesabını açdı - Konfrans Liqası
-
"Zirə" Estoniyadan əliboş qayıdır - Konfrans Liqası
-
"Qarabağ" bolqarıstanlılara qol vura bilmədi - Avropa Liqası
-
Qubanın kəndinin klubunun üzvü yığmada - SİYAHI















Misli Premyer Liqası