Azərbaycanlı futbolçuya Portuqaliyada ev verdilər
Portuqaliyanın “Louletano” klubuna transfer olunan "Bakı"nın futbolçusu Valeh Seyidov evlə təmin olunub.
Sportfm.az xəbər verir ki, bu haqda məlumatı "Futbol plus" qəzetinə açıqlamasında futbolçunun atası Yaşar Seyidov verib.
O, eyni zamanda Valehin hələ də yeni klubunda debüt edə bilməməsinin səbəbini açıqlayıb: "Valeh bir müddət rəsmi oyunlarda meydana çıxa bilməyəcək. Yerli qanunlara uyğun olaraq müəyyən sənədləşmə işləri qalıb ki, hazırda onların həlli ilə məşğuluq. Təxminən 10-15 günə qaydaya salmalıyıq. Ondan sonra oynayacaq. Problem bilirsiz nədədi? Səhvə özüm yol vermişəm. Valeh burdan gedəndə mənə etibarnamə verməliydi ki, bəzi sənədləri toplayıb Portuqaliyaya göndərə bilim. İndi oğlumun adına olan lazımi sənədləri ala bilmirəm. İndi Portuqaliyada notariusda təsdiq etdirib Bakıya göndərməlidi. Mən də Bakıdakı poçt idarəsindən götürüb 1 saylı notariusa göndərməliyəm. Ondan sonra sənədləri toplayıb yenidən Portuqaliyaya göndərməliyəm. Getməmişdən mənə etibarnamə versəydi, problem olmayacaqdı".
Oxşar xəbərlər
“Zirə” rəsmisindən açıqlama - 17 yaşlı futbolçumuz Portuqaliyaya yollanır
Portuqaliyada çıxış edən azərbaycanlı futbolçu Region Liqasında!
Valeh Seyidov "Qəbələ"də - EKSKLÜZİV
Yaşar Seyidov:"Valeh yığmaya mütləq götürülməlidi"
Azərbaycanlı futbolçu Portuqaliya klubuna keçdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası