reklam
Açıq Azərbaycan çempionatı keçiriləcək
Sportfm.az xəbər saytı

Açıq Azərbaycan çempionatı keçiriləcək


Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığıyla 12–14 sentyabr tarixlərində Bakıda yelkən idmanının Optimist və ILCA4 sinfi üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.

Sportfm.az xəbər verir ki, Azərbaycanla yanaşı, Türkiyədən də müxtəlif yaş kateqoriyalarında yelkənçilərin qatılacağı çempionat federasiyanın yelkən mərkəzində, “Ramada Hotel”in qarşısında, Şıxov çimərliyi ərazisində baş tutacaq. Mübarizəyə hər gün saat 11:00-da start veriləcək. Mükafatlandırma mərasimi sentyabrın 14-də saat 18:00-da başlayacaq.

Açıq Azərbaycan çempionatının qalibləri diplom və medallarla mükafatlandırılacaqlar. Həmçinin bütün iştirakçılara Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən sertifikatlar təqdim ediləcək. Fərqlənən idmançılar milli komandanın heyətinə cəlb olunacaqlar.

Oxşar xəbərlər

Kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
Nazirlik balıq ovu festivalı keçirdi - FOTO
Bakıda “Prezident Kuboku” keçiriləcək
Azərbaycanda iki federasiyalar birləşdirildi
Avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər