reklam
100-cü xalsız oyun
Sportfm.az xəbər saytı

100-cü xalsız oyun


“Sumqayıt” Misli Premyer Liqasının 2026/27 mövsümünə ev məğlubiyyəti ilə start verib.

Sportfm.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi öz meydanında “Neftçi”yə 1:3 hesabı ilə uduzub.

Bu, klub tarixinə Premyer Liqada 100-cü ev məğlubiyyəti kimi düşüb. “Sumqayıt” öz meydanında keçirdiyi 235 matçda 79 qələbə qazanıb, 56 heç-heçə edib və 100 dəfə xalsız qalıb. Ölkə çempionatları tarixində yüksək liqada ən çox ev məğlubiyyəti alan komanda olan “Sumqayıt” bu göstəricidə “100”ə çatan ilk klubdur.

Qeyd edək ki, “Sumqayıt”ın ilk ev məğlubiyyəti 2011-ci il avqustun 8-də “Qəbələ” ilə matça təsadüf edib – 1:2.

Oxşar xəbərlər

“Qəbələ” 200-cü dəfə xalsız qaldı
Vaqif Cavadov - bu məşqçiyə diqqət
"Sumqayıt"dan yubiley qələbəsi - Misli Premyer Liqası
“Qarabağ” və “Neftçi”nin 900-cü oyunu - Yubiley
Amil Yunanovdan yubiley qolu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər