reklam
İki idmançımız AÇ-nin 1/4 finalında
Sportfm.az xəbər saytı

İki idmançımız AÇ-nin 1/4 finalında


Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb.

Əli Əliyev (50 kq) ikinci döyüşündə Adrian Zameçiklə (Slovakiya) üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, avqustun 18-də 1/4 finalda Kristian Jubani (İrlandiya) ilə qarşılaşacaq.

Banuçiçək Nəsirli (48 kq) isə Avropa çempionatında ilk döyüşündə Angeliki Petroula Sduqa (Yunanıstan) ilə gücünü yoxlayıb. Boksçumuz üçüncü raunda tam üstünlüklə qələbə qazanıb. Təmsilçimiz 1/4 finalda ilk mərhələdən azad olan Katarjina Qornisieviçlə (Polşa) gücünü yoxlayacaq. Görüş avqustun 17-də olacaq.

Qeyd edək ki, daha əvvəl Gülər Hüseynova (51 kq) adını 1/4 finala yazdırıb.

Oxşar xəbərlər

Boksçumuz daha bir qələbə qazandı - Dünya Kuboku
4 boksçumuz Avropa çempionatının finalında
Dörd boksçumuz 1/4 finalda - Avropa çempionatı
Boksçularımız Avropa çempionatının finalında
İki boksçumuz 1/8 finalda - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər