İdmançımız Almaniyada birinci oldu
Karate üzrə milli komandanın liderlərindən Ayxan Mamayev (-84 kq) Almaniyanın Leypsiq şəhərində Premyer Liqa turnirinin qalibi olub.
O, Dünya Karate Federasiyasının (WKF) nüvuzlu Karate 1 seriyasından olan yarışda 7 görüş keçirib.
Sportfm.az xəbər verir ki, A.Mamayev birinci tatamidə Jang Min Soo (2-0, Cənubi Koreya), Limon Canedo (5-0, Meksika), Georgios Çanos (Yunanıstan, 4-3), Vu Çun-Vey (4-0, Taypey) İlya Qranovesov (2-1, Rusiya), yarımfinalda isə Valeri Çobatarla (2-2, Macarıstan) görüşlərini qələbə ilə başa vurub. Finalda daha bir rusiyalı idmançı, Azərbaycan əsilli Aleksandr Əliyevlə görüş isə karateçimizin 6-0 hesablı tam üstün qələbəsi ilə başa çatıb.
Ayxan Mamayevin mövsümün son Premyer Liqa turnirində bu qızıl medalı, onun dünya reytinq cədvəlinin ikinci pilləsindəki mövqeyini daha da möhkəmlədib. Maliyyə çətinliyi üzündən milli komandanın digər üzvləri Almaniyada mötəbər yarışda iştirak edə bilməyiblər. Premyer Liqada 87 ölkədən 1384 idmançı mübarizə aparıb.
Oxşar xəbərlər
Asiman Qurbanlı medal şansını qaçırdı
Premyer Liqada azərbaycanlı imzası
Millimiz İstanbulda Karate-1 Premyer Liqa turnirində iştirak edəcək
Karateçilərimiz növbəti “Karate-1” Premyer Liqa turnirinə yollandı
Rafael Ağayev daha bir qızıl medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası