reklam
Premyer Liqada azərbaycanlı imzası
Sportfm.az xəbər saytı

Premyer Liqada azərbaycanlı imzası


Rafael Ağayev (-75 kq) Rabatda Karate1 Premyer Liqa turnirində bürünc medal qazanıb.

Sportfm.az xəbər verir ki, fransalı idmançı Loqan Da Kosta ilə həlledici görüşdə 2-0 hesabı ilə qalib gələn karateçimiz, dünya və olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib. Milli komandanın üzvlərindən Turqut Həsənov və Pənah Allahverdiyev (-84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.

19-21 apreldə Mərakeş Krallığının paytaxtında Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından üçüncü nüfuzlu yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb. Milli komandanın növbəti yarışı 17-19 mayda Istanbulda Karate1 Seriya A turniri olacaq.

Oxşar xəbərlər

İdmançılarımız Premyer Liqada 2 medal qazandı
Rafael Ağayev bürünc medal üçün döyüşəcək
Rafael Ağayev Fransada mükafata layiq görüldü - FOTO
Rafael Ağayev qanlar içində finala yüksəldi - FOTO
Milli komandamız Premyer Liqaya yola düşür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər