reklam
Nazir idmançılarla görüşdü
Sportfm.az xəbər saytı

Nazir idmançılarla görüşdü


İyunun 3-də gənclər və idman naziri Fərid Qayıbov may ayı ərzində ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb.
Sportfm.az xəbər verir ki, Bakı Gənclər Mərkəzində təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Görüş zamanı ötən ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
Nazir Fərid Qayıbov çıxışında bildirib ki, may ayı ərzində Azərbaycan Respublikasının Dövlət Himni 15 ölkədə səsləndirilib və idmançılarımız ümumilikdə 70 qızıl, 58 gümüş, 103 bürünc medal qazanıblar. İdmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib.
Ardınca müxtəlif idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər. Sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

Oxşar xəbərlər

Nazir idmançılarla görüşdü
Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşdü
Fərid Qayıbov yüksək nəticələr qazanmış idmançılarla görüşdü
Nazir beynəlxalq yarışlarda yüksək nəticələr qazanmış idmançılarla görüşdü
İdman naziri beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər