Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA təqdimat etdi -APL Fantasy-ni
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Azərbaycan Premyer Liqasının rəsmi “Fantasy” oyununun – APL Fantasy veb-saytı və mobil tətbiqinin təqdimat mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev layihənin ölkə futbolunda azarkeş marağını artıracağına inandığını bildirib:
“Bu gün doğrudan da əlamətdar gündür. Azərbaycan Premyer Liqasına marağı daha da artırmaq məqsədilə APL Fantasy layihəsini təqdim edirik. İnanırıq ki, bu layihə çempionatımıza yeni rəng qatacaq və azarkeşlər tərəfindən böyük maraqla qarşılanacaq. Bu, həqiqətən də çox maraqlı layihədir. Hesab edirəm ki, bu gün Azərbaycan futbolu üçün vacib və əlamətdar gündür. Layihənin həyata keçirilməsində əməyi olan hər kəsə uğurlar arzulayıram”.
Daha sonra Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov da çıxış edərək, yeni mövsüm öncəsi fikirlərini bölüşüb:
“Qarşıdan futbol baxımından çox vacib ay gəlir. Avqustun 14-də Azərbaycan Premyer Liqasının yeni mövsümü start götürəcək. Avrokuboklarda ölkəmizi təmsil edən klublarımıza uğurlar arzulayıram. Qarşıda milli komandamızın da vacib oyunları var. Onlara da uğurlar diləyirəm.
Düşünürük ki, “Fantasy” futbol layihəsi azarkeşlər üçün maraqlı olacaq. Sevindirici haldır ki, AFFA da bu layihənin reallaşması üçün bizimlə birlikdə böyük dəstək göstərdi. Fürsətdən istifadə edərək bu işdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”.

Oxşar xəbərlər
“Uşaq futbolu bizim yaralı yerimizdir" - Ayxan Abbasov
"İmişli" ortalıqda qalıb, bu dəfə Yevlaxa köçürlər
İcraiyyə Komitəsinin iclası keçirildi
AFFA ayaqqabı şirkəti ilə müqavilə bağladı - FOTO
AFFA 250-dən çox layihənin icrasını həyata keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası