reklam
“Neftçi” – “Dinamo” matçı kiprli hakimə tapşırıldı -
Sportfm.az xəbər saytı

“Neftçi” – “Dinamo” matçı kiprli hakimə tapşırıldı -Konfrans Liqası


Bakıda “Neftçi” və Belarusun “Dinamo” (Minsk) komandaları arasında təşkil ediləcək UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Sportfm.az xəbər verir ki, qarşılaşmanın baş hakimi FİFA referisi Konstantinos Fellas olacaq.

Ona Marios Kaloqirou və Giorgios Çaralampous köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Neofytou yerinə yetirəcək.

İyulun 22-də “Palms Sports Arena”da baş tutacaq “Neftçi” – “Dinamo” matçı saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 30-da keçiriləcək.

Oxşar xəbərlər

Təmsilçimizin oyunu Qala tapşırıldı - TƏYİNAT
Bakıdakı görüşü Xristos idarə edəcək - Təyinat
“Araz-Naxçıvan”ın “Aris”lə matçlarının hakimləri məlum oldu
“Neftçi”nin oyununu estoniyalı hakimlər idarə edəcək - Konfrans Liqası
"Qarabağ"ın matçı Vitalijsə tapşırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər