reklam
Cüdo üzrə U-23 Bakı çempionatı keçiriləcək
Sportfm.az xəbər saytı

Cüdo üzrə U-23 Bakı çempionatı keçiriləcək


İyunun 2-də Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 23 yaşadək kişilər və qadınlar arasında paytaxt çempionatı keçiriləcək.

Sportfm.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir iyulun 11-13-də keçiriləcək 23 yaşadək qadınlar və kişilər arasında Azərbaycan çempionatına seçim xarakteri daşıyır.

Oxşar xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək
Göygöldə Səfir Kuboku keçiriləcək
Bakıda cüdo üzrə ilk belə yarış olacaq
Ölkə çempionatı keçiriləcək
Sabah Azərbaycan birinciliyi başlayır - HÖVSANDA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər