reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın sabiq futbolçusu Rusiyada dünyasını dəyişib


"Qarabağ" komandasının sabiq futbolçusu Hüseyn Əhmədov vəfat edib.

Sportfm.az xəbər verir ki, bu haqda qol.az saytına Ağdam klubunun kapitanı olmuş Səttar Əliyev məlumat verib. "Saşa" ləqəbli sabiq qapıçı 77 yaşında Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib.

1949-cu ildə Ağdam rayonunda anadan olmuş H.Əhmədov 1970 və 80-ci illərdə "Qarabağ" komandasında çıxış edib.

Bir vaxtlar "Neftçi", "Avtomobilçi"də də oynayan H.Əhmədov 1988-ci ildə "Qarabağ" komandası ilə birgə Azərbaycan çempionu adını qazanıb.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər

"Qarabağ"ın və "Turan"ın sabiq futbolçusu vəfat etdi
"Qarabağ"ın sabiq futbolçusu dünayasını dəyişdi - 41 yaşında
“Qarabağ”ın sabiq qapıçısı dünyasını dəyişdi
"Liverpul"un sabiq kapitanı dünyasını dəyişdi - 86 yaşında
Azərbaycan yığmasının və "Neftçi"nin sabiq futbolçusu dünyasını dəyişdi - 51 yaşında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər